Zeynəb Xanlarovanın da konsert tarixi dəyişdi


Zeynəb Xanlarovanın da konsert tarixi dəyişdi

Şöhrət Ordenli sənətkar Zeynəb Xanlarovanın da solo konsert tarixi dəyişdi.

MediaTime.Az-a verdiyi məlumata görə, 18 marta planlaşdırılan konsert proqramı 3 may tarixinə keçirildi. Bakı Konqres Mərkəzində baş tutacaq "Dünyanın Zeynəbi" proqramında tarix xaricində heç bir dəyişiklik yoxdur. 

Konsertin tarixinin dəyişilməsi Zeynəb xanımın şəxsən öz qərarıdır. Sənətkar bu addımı ilə Koronavirusundan qorunmaq məqsədi ilə atır. 

Təşkilatçıların sözlərinə görə,  nəzərdə tutulan solo konsertin  3000-dən çox tamaşaçının iştirak edəcəyini nəzərə alaraq Azərbaycanda və bütün dünyada aparılan profilaktik tədbirlərə və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı tövsiyəyə uyğun olaraq Zeynəb xanımın bu qərarı ən doğru addımdır. 

Xatırladaq ki, "Dünyanın Zeynəbi” proqramı “Peachline” və “KEvents Group”-un təşkilatçılığı ilə keçiriləcək. Biletləri şəhərin kassalarından və iticket.az -dan əldə edə bilərsiz. @zeynebxanlarova.music 
@peachline.official @keventsgroup 
Əlaqə: ‭077 600 00 60