Mübariz Mənsimov saxlanıldı - SON DƏQİQƏ!


Mübariz Mənsimov saxlanıldı

Azərbaycanlı iş adamı, “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov həbs olunub. 

”MediaTime” xəbər verir ki, bu barədə Türkiyənin "Sabah" qəzeti məlumat yayıb. 
Məlumatda qeyd edilir ki, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində, "Palmali" Şirkətlər Qrupunun təsisçisi, əslən azərbaycanlı olan Mübariz Mənsimov FETÖ istintaqı çərçivəsində saxlanılıb.
Mənsimovun yaşadığı ünvanlarda axtarışlar aparılır.