Bəşər tarixinin ən ölümcül virusları -ARAŞDIRMA


Bəşər tarixinin ən ölümcül virusları

Bəşəriyyət tarix boyu müxtəlif təhlükəli viruslar yaşayıb. İndiyədək yayılmış təhlükəli epidemiyalar yüz minlərlə insanın ölümünə səbəb olub. Getdikcə bir-birini əvəzləyən ölümcül virus təhlükəsi hələ də davam edir. 

MediaTime.Az bu gün dünyanı aquşuna alan Koronavirus mövzusunun aktuallığını nəzərə alaraq indiyədək cəmiyyəti qorxuya salan ən təhlükəli viruslarla bağlı araşdırma aparıb.

Ebola virusu:

Eboladan daha öncə də yayılmış viruslar var, ancaq siyahımıza bəşəriyyətin ən yaxşı tanıdığı, el arasında daha çox  "Çuma" məşhurlaşan epidemiyadan başladıq. 

Bu virusa ilk yoluxma faktı 1976-cı ildə qeydə alınıb. Epidemiya əsasən Mərkəzi və Qərbi Afrikanın tropik meşələrə yaxın kənd ərazilərində yayılmağa başlayıb. Ebola virusu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən “bəşər tarixinin ən qəddar virus xəstəliyi” adlandırılıb. Bu virusun beş müxtəlif tipi var və ona yoluxanların həyatda qalma şansı 25%-dən 90%-dək dəyişir. Ebola virusuna qarşı hələlik təsdiq edilmiş peyvənd növü mövcud deyil.

Qrip virusu:

Qrip insanlarda kəskin respirator infeksiyaya səbəb olan virusdur. Hazırda, A, B, C serotiplərinə görə təsnif edilib, 2 mindən çox variantı var. A serotipindən olan virus qrupu (H1N1, H2N2, H3N2 və s.) insanlar üçün ən təhlükəlisidir. Dünyadakı mövsümi qrip epidemiyalarından hər il 250 ilə 500 min insan ölür (əksəriyyəti 2 yaşa qədər uşaqlar və 65 yaşdan yuxarı insanlar).



Denge virusu

Virus ağırlaşma halında 50 faiz ölümə səbəb olur. 120-dən artıq ölkədə mövcuddur, xüsusilə cənub-şərqi Asiya və Sakit okeanın qərb regionları, Karib adaları, Latın Amerikası, eləcə də ABŞ, Afrika və Orta Şərqin bəzi regionlarında geniş yayılmış infeksiyadır. Virusa hər il təqribən 50 milyon insanın yoluxduğu bildirilir. Virusun daşıyıcıları xəstə insan, meymunlar, ağcaqanadlar və yarasalardır.







Qızılca:

Qızılca kəskin yoluxucu virus xəstəliyidir. Qızılca ilə bütün yaşlarda xəstələnmə olur, 1 yaşdan 4-5 yaşa qədər olan uşaqlar arasında daha çox yayılan xəstəlikdir. 1980-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı kütləvi peyvəndləmə yolu ilə qızılca xəstəliyinin aradan qaldırılacağını elan edib. Lakin 2 min il ərzində virusun yaratdığı epidemiya bir çox ölmülərə səbəb olub. Təkcə XX əsrdə virus 300 milyon insanı öldürüb.


Quş qripi - A H5N1

Quş qripi "A" viruslarının fərqli növ xüsusiyyətlərinə malikdir. Ev quşları və vəhşi quşlardan keçən yüksək patogenli quş qripi (YPQQ) A H5N1 virusu insanlara ötürülə bilər, nadir hallarda infeksiyanın insandan insana ötürülməsi mümkündür. Xəstəliyi olan insanlar immunitetiı inkişaf etdirir. Ancaq orta hesabla virusa yoluxmuş insanların təxminən 60% -i ölür.

HİV

İnsan immun çatışmazlığı virusu və ya HİV ilk dəfə 1980-ci illərin sonlarında aşkar edilib. Virus immunitet sistemini pozur, insanları infeksiyadan və müəyyən xərçəng növlərindən qoruyan sistemləri zəiflədir. Təbiətdə infeksiya meymunların bədənində olur və onlara zərər vermir. Lakin insanlar üçün onun çoxalması ölümlə nəticələnir.


Donuz qripi (SIV)

Ümumdünya Səhiyyə Təşkilatının yaydığı məlumata görə, virus "donuz qripi" adlansa da, əslində, müxtəlif H1N1 viruslarının qarışığından yaranıb. Adi öskürək və asqırıqla ətrafa yayılan damcılar və xəstə insanla yaxın kontaktla xəstəlik asanlıqla yayıla bilir. Qripə ilk dəfə 2008-ci ilin aprelində Meksikanın La-Qloriya kəndində yaşayan beş yaşlı Edqar Ernandes donuz ferması yaxınlığında yoluxub. Həmin vaxtdan dünyanın 135 ölkəsində 134 mindən çox adam bu qripə tutulub ki, onların da 700 nəfərdən çoxu dünyasını dəyişib. Xəstələrin sayı ABŞ, Meksika, Kanada Böyük Britaniya, Çili və Avstraliyada daha çoxdur.


Yeni növ koronavirus - 2019-nCoV

Sətəlcəmin yeni növü olan virusa ilk dəfə 2019-ci ilin dekabr ayında Çinin Hubey əyalətinin Vuhan şəhərində rast gəlinib. Bu günə qədər koronavirusa yoluxanların sayı 5974 nəfərə çatıb, 132 nəfər isə epidemiya nəticəsində ölüb. Bundan əlavə, 9,2 min insanda koronavirus əlamətləri müşahidə edilib, lakin diaqnoz təsdiqlənməyib. Karantində təxminən 60 min nəfərin olduğu açıqlanıb. Virusa yoluxanların yarıdan çoxu (3,5 min yoluxan və 125 nəfər ölən) Hubey əyalətində qeydə alınıb.