Koronavirusun vurduğu turizm sektorunu nələr gözləyir?


Koronavirusun vurduğu turizm sektorunu nələr gözləyir?

Avantage Groupun rəhbəri, Orxan Məmmədli dünyanı ağuşuna alan koronavirus haqda fikirlərini bildirib. O, bu virusun turizm sahəsinə vurduğu ziyandan söz açıb.

- Koronavirusun ziyan vurduğu ilk sahələrdən biri də turizmdir. Bu sahədə vəziyyət necədir? 
Fırtına ilə dünyanı ələ keçirən Koronavirus, iqtisadiyyata mənfi təsir göstərməyə davam edir. Ölkələrin səlis sənayesi adlandırdığı turizm şübhəsiz ki, ən çox zərər çəkən sektorlardandır. Demək ki, yay mövsümünün də daha geç başlanması istisna deyil. Çinin Uhan şəhərində başlayan, təxminən 3 ay müddətində dünyanın 160 ölkəsinə yayılan koronavirus epidemiyası, zamanın keçməsinə baxmayaraq qlobal miqyasda yayıldı. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən epidemiya elan edilən bu virus, ölkələrin iqtisadiyyatına, eləcə də insanların həyatına dərin izlər qoymaqda davam edir. 
“Turizmin Həssas anları”
- Artıq hamımıza məlumdur ki, dünya turizm sənayesi çox həssas dinamikaya malikdir. Hər zaman turistlər üçün önəmli məqamlar təhlükəsizlik, təmizlik, tarixi, mədəni, iaşə obyektləri və təbii amillərlə yanaşı sağlamlıqda ən əsas səbəblərdəndir. Koronavirus epidemiyası da bu ilin tətil tendensiyasına öz təsirini göstərəcək. Bu il turizm sektoru üçün çox həssas dönəm olacağını belə ifadə etmək olar. Əlbəttə ki, turizm sektoru digər sektorlar kimi deyil. Misal olaraq,  bir qida fabriki və ya istehsalat obyekti bağlanmır, istehsallat davam edir, amma turizm sənayesi canlı bir mexanizmdir və otellər turistlərlə işləyir. Həmçinin hava yolları mexanizmi də turistlərlə işləyir. Turistlər gəlməməyi başladığı zaman avtomatik olaraq silsilə halında müxtəlif nəticələri ortaya çıxmağa başlayacaq. Bu təkcə Azərbaycanda  belə deyil, dünya daxilində də turizm sahəsində bizi rüzgarlı bir müddət gözləyir.
- Azərbaycan Turizm sektorunu qarşıdakı hansı dönəm gözləyir?
Koronavirus bütün ölkələrin turizminə birbaşa təsirini göstərdi. Bu aylar ərzində Azərbaycana İrandan gələn turistlər  sayı 40-60 min arasında müşahidə olunurdu. Sərhədlərin karantinə görə bağlanması səbəbilə bunu müşahidə etməyimiz imkansızdır.  Digər ölkələrin turistləri də səyahətdən qorxurlar. Bundan əlavə, Azərbaycan koronavirusun müşahidə olunan pik ocağının yanında yerləşir". Mart-aprel ayı turizm sənayesi üçün böyük itki olacağını söyləməliyik. Yayda bu ziyan ödənilməsə, bu bölgə üçün ağır itki verəcəkdir. Azərbaycanda hər turist təxminən 1000 dollar xərcləyir. Bu aylarda ən azı 40 min turistin gəlməli olduğunu düşünsək və onların gəlməməli bizim büdcəmizə necə bir itki olduğunu siz  qiymətləndirin.
-  Bəs Azərbaycan hansı tədbirləri gördü? 
- Xüsusilə yaxın ətrafımızda və qonşu ölkələrdə sürətlə yayılan koronavirus epidemiyası ölkəmizdə o dərəcədə  yoluxma halları qeydə alınmamışdır. Zamanında ölkə başçısı tərəfindən təxirə salınmaz tədbirləri nəticəsində Nazirlər Kabinetinin yanında Operativ Qərərgah yaradılması və ehtiyat tədbirləri erkən qarşısını almağa imkan verdi. Ölkəmizin səlahiyyətli şəxsləri, başda Prezidentimiz olmaqla təşəkkür etmək istəyirəm. Hökümət bu yöndə hələ bu hadisələr qloballaşmadan tədbirlər almaları alqışa layiqdir.
-Həmkarlarınıza nəyi məsləhət görərdiniz? 
-  Turizmçilərə təlaşa düşməməyi məsləhət görərdim! Turizmçilərə bu aralar təlaşa düşməməyi və yalnız gələcək uğurlu lahiyələri üzərində düşünməyi məsləhət görərdim. Bu krizisin bir çox xırda və turizm bazarına təhlükə yaradan şirkətlərin bağlanmasına gətirib çıxardacaq. Bu itkiləri azaltmaq üçün dövlət dəstəyinə və yeni təşəbbüslərə ehtiyac olduğu görünür.