Bu gün Xalq artisti Bəşir Səfəroğlunun vəfatının ildönümüdür.


Bu gün Xalq artisti Bəşir Səfəroğlunun vəfatının ildönümüdür.

"MediaTime".Az-ın xəbərinə görə, B.Səfəroğlu Qubanın Rustov kəndində anadan olub. Atası erkən vəfat etdiyi üçün anası ilə birlikdə Bakıya köçüblər. Öncə Cəfər Cabbarlının “Sevil” pyesində Gündüz rolunu oynayıb. Bir müddət sonra Dənizçilərin Mədəniyyət Evində çıxış edib. Burada səhnəyə qoyulan “Ölülər” tamaşasında ifasını görən Musiqili Komediya Teatrının rejissoru Niyaz Şərifov onu teatra dəvət edib.
O, 1942-ci ildə 17 yaşında Musiqili Komediya Teatrında fəaliyyətə başlayıb. Həyatının iki ili dəhşətli müharibə burulğanından keçəndən sonra vətənə lal-kar dönən B.Səfəroğlu həyatda duruş gətirmək üçün teatra bağlanıb, ətrafındakılar da səhnədən ayrılmasına yol verməyiblər. Niyaz Şərifov bir həftədən artıq hər gün Musiqili Komediya Teatrının qarşısında dayanıb həsrətlə boylanan Bəşir Səfəroğlunu çəkib teatra gətirib. Ona yenə də Musiqili Komediya Teatrında yer verilib. Əvvəlcə tamaşaçı, sonra isə kütləvi səhnələrin aktyorlarından biri kimi. Çox keçməyib ki, teatr sevgisi möcüzə yaradıb.
Yuxusunda səhnəyə yararsızlığını görüb bərk həyəcanlanan Bəşir Səfəroğlunun dili də, qulaqları da açılıb, yaratdığı səhnə möcüzələri də elə bundan sonra başlanıb. O, “Gözün aydın” kоmediyasında Salyanski, “Tоy kimindir”də Uzun, “Rəisin arvadı” tamaşasında Balaəmi, “О оlmasın, bu оlsun” оperettasında Məşədi İbad rollarını ifa edib.
B.Səfəroğlu 23 mart 1969-cu ildə 44 yaşında vəfat edib, Fəxri xiyabanda dəfn olunub.

ALLAH RƏHMƏT ETSİN