Koronavirusa görə Azərbaycana əlavə testlərin gətirilməsi nəzərdə tutulur


Koronavirusa görə Azərbaycana əlavə testlərin gətirilməsi nəzərdə tutulur

Azərbaycana koronavirusa görə əlavə testlərin gətirilməsi nəzərdə tutulur.
MediaTime.Az Trend-ə istinadən bildirir ki, bunu koronavirusla əlaqədar keçirilən brifinqdə Səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.
Nazir müavini əlavə edib ki, Azərbaycanda kifayət qədər test var:
"Azərbaycana Türkiyədən və Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə testlər gətirilib. Daha dəqiq PSR metodu ilə analizlərin aparılmasına üstünlük veririk".