Bakıda bu avtobuslarda yanaşı oturmaq olmaz


Bakıda bu avtobuslarda yanaşı oturmaq olmaz

Xüsusi karantin rejimində sosial məsafə saxlanılmasının əhəmiyyətini nəzərə alaraq, “BakuBus” MMC-nin istismarında olan müntəzəm marşrut avtobuslarında yeni qaydaların tətbiqinə başlanılıb. MediaTime.Az xəbər verir ki, qaydalara əsasən, mövcud epidemik vəziyyət nəzərə alınmaqla avtobuslardakı oturacaq yerlərinin yarısında sosial məsafənin saxlanılması ilə bağlı elan vurulub: “Sərnişinlərimizə anlayış göstərərək sosial məsafəni gözləmələrini tövsiyə edirik. Hörmətli sərnişinlər, yalnız zərurət olduğu halda ictimai nəqliyyatdan istifadə edin”.