Murad Zauru çıxartdı yerinə qardaşını təyin etdi - ÖZƏL


Murad Zauru çıxartdı yerinə qardaşını təyin etdi

Xəzər Media Mərkəzinin 103 və 100.5 FM radio dalğalarının rəhbəri,  eyni zamanda "5/5" verilişinin layihə rəhbəri Zaur Kamalın səlahiyyətləri əlindən alınıb.

Mediatime.az -a daxil olan məlumata görə, Zaur 2 gün öncə tutduğu vəzifədən azad edilib. Onun kanaldakı fəaliyyəti yalnız "5/5" verilişinin aparıcısı kimi davam edir. 
Onu da qeyd edək ki, Zaurun yerinə adıçəkilən radioların rəhbəri Fərid Dadaşov təyin edilib. F.Dadaşovun kanalın yeni direktoru Murad Dadaşovun qardaşı olduğu deyilir.