AzTV Nazirlər Kabinetinin Operativ Qərərgahının xüsusi karantin rejimi qaydalarını kobud şəkildə pozdu.

“MediaTime”azxəbər verir ki, kollektiv bir neçə gün öncə, təxminən  6 may tarixində karantin dövründə müvəqqəti fəaliyyətini dayandırılan Musiqili Teatrın binasını açdıraraq, 80 nəfərdən ibarət çəkiliş ediblər. 
Çəkiliş zamanı xüsusi karantin rejiminin qaydalarına əsasən ara məsəfəsi saxlanılmayıb və üz maskalarından istifadə edilməyib. 
Çəkilişdə Simfonik Orkestr və Xor kollektivi o cümlədən bir neçə ifaçılar da iştirak edib. Həmçinin kanalın aparıcısı Kamran Ağabalayev də çəkilişdə olub.

Məsələ ilə bağlı Azərbaycan Televiziyasının Musiqi kollektivinin rəhbəri, əməkdar artist Zaur Əmiraslanovla əlaqə saxladıq. İfaçı çəkilişin karantin qaydalarının tədbiq edilməsindən öncə baş tutduğunu bildirib. 
Lakin xatırladaq ki, xalq artisti Tünzalə Ağayevanın da yeni imici də məhz karantin zamanına təsadüf edir.

MediaTime