Sirus Qoçqaniyə qadağa qoyulub? -Rəsmi açıqlama


Sirus Qoçqaniyə qadağa qoyulub? -Rəsmi açıqlama

Mətbuatda plastik cərrah Siruz Qoçqaniyə qadağa qoyulması ilə bağlı xəbərlər yayılıb.
MediaTime.Az olaraq məsələni araşdıraraq "Baku Medical Plaza" nın mətbuat xidmətinin rəhbəri Aysel Rzayeva ilə əlaqə saxladıq.
Saytımıza açıqlama verən Aysel Rzayeva həkimə əməliyyata girməsi ilə bağlı heç bir qadağa qoyulmadığını bildirib:"Orda mənim fikirlərim təhrif olunub, mən qadağa qoyulduğunu deməmişəm.Ekspertizanın rəyi bəlli olduqdan sonra biz mətbuata geniş açıqlama verəcəyik."