Gələn aydan "Mall" və rayonlara gediş-gəliş açıla bilər


Gələn aydan "Mall" və rayonlara gediş-gəliş açıla bilər

“İyunun 1-dən sonra ticarət mərkəzlərinin və rayonlara gediş-gəlişin açılması müzakirə olunacaq”. Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.  O bildirib ki, çimərliklərin açılmasında da hər hansı problem görmürlər: “İdman tədbirləri üçün iyunun 1-dən icazənin verilməsi gündəmdədir. Yaxın günlərdə bununla bağlı qərar açıqlanacaq”.