Koronavirusla mübarizədə 12 milyard dollarlıq yardım ayrıldı


Koronavirusla mübarizədə 12 milyard dollarlıq yardım ayrıldı

Dünya Bankı Covid-19 xəstəliyinə qarşı mübarizədə inkişaf etməkdə olan ölkələrə 12 milyard dollarlıq yardım ayırıb.

MediaTime.Az xəbər verir ki, bu barədə Dünya Bankının prezidenti David Malpass açıqlama yayıb.
“Çalışırıq ki, xəstəliyin yayılmasının qarşısını alaq”, - deyə o, qeyd edib.
Qeyd edək ki, yardım paketinə aşağı faizli kreditlər, qrantlar və texniki dəstək daxildir.