Öldürməyəcəyi mikrob, virus və bakteriya yoxdur-Tanrının möcüzəsi


Öldürməyəcəyi mikrob, virus və bakteriya yoxdur-Tanrının möcüzəsi

Soyuq günlərdə içinizi isidəcək və faydalı içki axtarırsınızsa kəklikotu çayı düzgün seçimdir. Araşdırmalara görə, kəklikotu digər faydaları ilə yanaşı, həm də, mikrob öldürücü təsirə də malikdir. Antioksidan tərkibli kəklikotunun gücləndirici, iltihabları yox edən, ağrıkəsici, immuniteti gücləndirən, mikroorqanizmləri öldürən xüsusiyyəti də var. Həzmi asanlaşdırır, iştahanı açır və mədə problemlərini aradan qaldırır. Menustrasiya zamanı qanaxmanı balanslaşdırır və bu zaman yaranan ağrıları da azaldır. Ondan həmçinin öskürək və tənəffüs yollarının iltihabında da qarqara kimi istifadə edilir. Bu faydalıara malik çayın hazırlanma qaydasını təqdim edirik.


Kəklikotu çayı
2 çay qaşığı xırda şəkildə kəklikotunun üzərinə 1 stəkan qaynadılmış su əlavə edin. 5 dəqiqə ağzı bağlı saxlayın ki, dəm alsın. Dəmləndikdən sonra onu süzün. Gündə 1-2 dəfə içə bilərsiniz. Kəklikotu çayını hazırlayarkən onu qaynatmayın. Çünki qaynayan zaman tərkibindəki faydalı maddələr məhv olur. Kəklikotu alarkən onu ya yeni, ya da ki, yaxşı qurudulmuş şəkildə alın. Həm də rənginin canlı, qoxusunun da tünd olmasına diqqət edin.


Kəklikotu çayı kimlər içə bilməz?
Tərkibində efir yağı olduğundan qaraciyər iltihabı, qatsrit, mədə və onikibarmaq bağırsaq xorası olanlar, hamiləlik və əmizdirmək dönəmində olan xanımlar həkimlə danışmadan kəklikotu çayı içə bilməzlər. Hər hansı bir sağlamlıq probleminiz varsa əvvəlcə həkimlə danışın, daha sonra kəklikotu çayını için.