Aygün verilişə gələn hamının əllərini spirtlədi - VİDEO


Aygün verilişə gələn hamının əllərini spirtlədi -

Xalq artisti Aygün Kazımova "5/5" verilişinin qonağı olub. Ulduz ifaçı studiyaya  maska ilə daxil olub. MediaTime.Az xəbər verir ki, Kazımova daha sonra əllərini spirtlə dezinfeksiya edib. İfaçı veriliş boyunca studiyaya daxil olan digər qonaqların da əllərini spirtləyib.
"Spirtim də yanımdadır. Maskamı da taxıram. Virusa da pozitiv baxıram. Hamı yığışdı evinə. Səhər çıxırdıq, axşam gəlirdik. Doğmalarımızın yanında lazımi qədər ola bilmirdik. Bu virusdan sonra evimizdəyik. Tapşırıqlara əməl edək, hər şey keçəcək". deyə, Aygün bildirib.
Aparıcı Zaur Kamal daha sonra müğənniyə küsülü olduğu müğənnilərlə bağlı sual ünvanlayıb. Aygün "İnstaqramda bircə Faiq Ağayevi izləyirsiniz. Bəs küsülü idiniz" sözlərinə belə cavab verib:
"Faiq yüz illik dostumdur. Dostlar arasında olur, həm küsərsən, həm barışarsan. Heç kimlə küsülü deyiləm. Müğənniləri hər yerdə görürəm. İnstaqramda isə öz işimlə bağlı səhifələri izləyirəm"