Bəstəkar Pərviz Mahmudovdan yeni instagram layihə


Bəstəkar Pərviz Mahmudovdan yeni instagram layihə

Mediatime.Az xəbər verir ki, bəstəkar #evdəqal prinsipinə sadiq qalaraq vaxtını səmərəli keçirir. Belə ki,izləyicilərini darıxmağa qoymayan Pərviz Mahmudov instagram layihəyə start verib. "DEMO" adlanan layihədə ilk olaraq müğənni Sevda Yahyayevanın ifasında sevilən "Sevgi etirafı" mahnısı paylaşılıb. 
Bəstəkarın öz ifasında səsləndirilən mahnı maraqla qarşılanıb. 
Qeyd edək ki, layihədə bəstəkarın 6 musiqisi yer alıb. 
Qızılgül Rəhimova