İllərdir efirlərdə görünməyən müğənni övladının xəstəliyindən danışdı: "Gecələri xəstəxanada keçirirdim..." - FOTO


İllərdir efirlərdə görünməyən müğənni övladının xəstəliyindən danışdı: "Gecələri xəstəxanada keçirirdim..." - FOTO

Uzun müddətdir sənətdən uzaqlaşan, "Yeni Ulduz" dan məşhurlaşan müğənni Xalid Hacıyev "ATV" kanalında yayımlanan "Şou Atv" verilişində qonaq olub.

MediaTime.Az xəbər verir ki, veriliş zamanı Xalid yaşadığı çətinliklərdən və anasını itirməsindən danışıb:

"Doqquz yaşımda anam vəsiyyət edib bu dünyanı tərk etdi. Çarəsiz xəstəliyə düçar olan anam “məzarım üstə oxuyarsan” dedi. O gündən böyüməyə başladım. O vaxtdan sevinc hissini itirdim. Ondan sonra hər addıma, hər kəliməmə diqqət etdim ki, anamın ruhuna xələl gəlməsin. 19 yaşımda cibimdəki son qəpiyimi "Yeni Ulduz" yarışmasının seçiminə gəlmək üçün xərclədim. Sonra üç saat piyada yol gedib şad xəbəri atama dedim. İndi də çox istərdim ki, anam yaşasın. İfalarımı görsün, iradın bildirsin".

Daha sonra Xalid xəstə övladından danışıb. O, bildirib ki, vaxtı ilə qızı Fatimənin səhhətində bir çox problemlər yaranıb amma indi vəziyyəti yaxşıdır.


"Allah bütün balaları qorusun. Fatimə o vəziyyətdə olanda gecələri xəstəxanalarda keçirirdim. İndi Fatimə şükür, yaxşıdır. Mən hər zaman Nanə, sənə minnətdar olmuşam. Həmişə diqqət göstərmisən, qızım yeni doğulan zaman da xəstəxanada olanda bu məsələni işıqlandırdın. Ondan sonra həkimlər daha çox diqqət göstərdi uşağa. Sonra gözünün əməliyyatında Zaur Baxşəliyevin köməyi dəydi. İnsanlar fikirləşdi ki, müğənniyəm, toya gedirəm kimsə niyə mənim övladıma kömək etməlidir? Mən hamıya demək istəyirəm ki, mən toylara getmirəm. Kütləvi insanlar olan yerlərdə mən ola bilmirəm. Bacarmadım bunu".