Xatirə aparıcılığa başlayır


Xatirə aparıcılığa başlayır

Müğənni Xatirə İslam Lent.az saytının canlı yayımında olub.

MediaTime.Az  xəbər verir ki, müğənni canlı yayım zamanı bir sıra açıqlamalar verib. O, bildirib ki, tezliklə aparıcılığa başlayır:


"Tezliklə veriliş aparacam. Düzdür, mən aparıcı ola bilmərəm. Yəni, hər insanın öz sənəti var. Mən siyasətdən danışa bilmərəm, sosial veriliş apara bilmərəm. Amma gündəlik həyatımızla bağlı, bizə lazım olan şeylərin ən yaxşısını göstərəcəm. İstəyirəm ki, tanınmayan dostlarımı çəkim göstərim. Maraqlı insanları, dostlarımı instaqram izləyicilərimlə tanış etmək istəyirəm. Verilişim də belə olacaq".