Flora Kərimova 5-ci dəfə insult keçirib


Flora Kərimova 5-ci dəfə insult keçirib

Xalq artisti Flora Kərimova insult keçirib.

12 il sonra "Xəzər" televiziyasında “5/5” verilişinin qonağı olan sənətçi bu haqda məlumat verib. 
O, beşinci dəfə insult keçirdiyini bildirib:
“Heç bilmirəm nədən oldu, əsəbləşmədim, hirslənmədim. Heç kəsin münasibəti mənim səhhətimə təsir etməz. Amma daha 79 yaşın içindəyəm”.