ABŞ prezidentləri haqda bilmədiyiniz - FAKTLAR


ABŞ prezidentləri haqda bilmədiyiniz

Dünya siyasət tarixinin ən maraqlı silsiləsi məhz Amerika ilə bağlıdır. MediaTime.Az ABŞ prezidentləri haqda ən maraqlı məlumatları toplayıb: 

ABŞ-ın ilk prezidenti Corc Vaşinqton (1789-1797) - o, seçicilərin 100% səsini toplayan yeganə prezidentdir. Həmçinin Corc Vaşinqton  təsviri poçt markası üzərinə düşən birinci prezident olub. 


Prezident postunda hamıdan çox fəaliyyət göstərən isə Franklin Ruzvelt (1933-1945) olub. O, yeganə prezidentdir ki, dörd dəfə seçkilərdə qalib gəlib. 

Ən qısa prezidentlik müddəti Uilyam Harrisonun (mart-aprel 1841-ci il) qismətinə düşüb - cəmi 1 ay. Bir neçə xəstəlikdən əziyyət çəkən Harrison 1841-ci il martın 4-də vəzifəsinin icrasına başlayıb, aprelin 4-də isə dünyasını dəyişib.
 
İki müddət ardıcıl olmayaraq prezident seçilən yeganə adam, demokrat Grover Klivlend (1885-1889 və 1893-1897) olub. 
 
Amerika tarixində ən yaşlı prezident Ronald Reyqan (1981-1989) olub. O, ilk prezidentlik səlahiyyətlərinin icrasına başlayanda artıq 69 yaşı vardı. 
 
Ən gənc prezident Teodor Ruzveltdir (1901-1909) - onun seçki keçirilmədən prezident olarkən 42 yaşı vardı.
 
Con Kennedi (1961-1963) isə prezident seçilən vaxt (43 yaş) ən gənc prezident olub.
 
ABŞ prezidentləri arasında ən hündürboylu dövlət başçısı Avraam Linkoln (1861- 1865) olub - onun boyu 193 santimetr idi. Ceyms Мedison (1809-1817) isə ən qısa boylu lider olub - onun boyu 163 santimetr idi.
 
Ən ağırçəkili ABŞ prezidenti Uilyam Taft (1909-1913) olub - onun çəkisi 135 kq-dan çox olub.
 
Teodor Ruzvelt (1901-1909), hakimiyyəti dövründə mövcud olan 48 ştatın hamısını gəzən ilk ABŞ prezidenti olub. Bundan başqa, Teodor Ruzvelt, təyyarədə uçuş həyata keçirən  ilk prezident olub.
 
Riçard Nikson (1969-1974) SSRİ və Çinə səfər edən ilk prezident olub.
 
Bill Klinton (1993-2001) isə ABŞ prezidenti olaraq, ən çox xarici səfərlər edən ölkə başçısı kimi tarixə düşüb - hakimiyyəti dövründə 133 ölkəyə rəsmi səfər edib.
 
Con Tayler (1841-1845) ABŞ tarixinin ən çoxuşaqlı prezidenti idi. Onun birinci arvadından 8, ikinci nikahdan isə 7 övladı vardı. Həm də sonuncu 15-ci övladı dünyaya gələndə prezidentin 70 yaşı varmış.
 
Ceyms Byukenen (1857-1861) subay olan yeganə ABŞ prezidentidir. O, bir dəfə nişanlı olub, lakin toya yaxın ixtilaflar üzündən naşanlısı onu tərk edib və tezliklə dünyasını dəyişib.
 
Grover Klivlend (1885-1889) ABŞ-ın Ağ evdə toy keçirən yeganə prezidentdir. 
 
ABŞ prezidenti Endryu Consonun (1865-1869) ibtidai təhsili belə yox idi. Ona yazıb-oxumağı xanımı öyrətmişdi. 
 
Ən varlı ABŞ prezidentləri Corc Vaşinqton və Con Kennedi olub. Forbes jurnalının versiyasına görə, Vaşinqtonun sərvəti (plantasiyaları, daşınmaz əmlak və s.) hazırkı kursla qiymətləndirsək, 900 mln dollar, Kennedinin sərvəti isə 850 mln dollar təşkil edib.
 
Ən yoxsul ABŞ prezidentləri isə Conson Endrü hesab edilir. ABŞ -a ən çox prezidenti Ohayo ştatı (yeddi) verib. İkinci yerdə Nyu-york (altı), üçüncü yerdə isə Virciniya (beş), daha sonra Massaçusets (dörd), Texas, Tennessi və Kaliforniya (üç) dayanır. 

Barak Obamanın doğma ştatı olan İllinoysda bir prezident - Avraam Linkoln dünyaya gəlmişdi.

Tekumse lənəti 

Daha çox Prezident lənəti kimi tanınan Tekumse lənəti haqda ABŞ-da belə bir əfsanə mövcuddur: vaxtilə ölən hindu qəbiləsinin başçısı ağdərililərlə müqavilənin pozulmasına görə Amerika prezidentlərini lənətləmişdi. 

Bu lənət ondan ibarətdir ki, axır "0" rəqəmi ilə bitən ildə prezident seçilən insan, səlahiyyətləri müddətini bitirməmiş həlak olacaq. Bu lənət inanca görə yeddi seçim prezidentə aid olmalıydı. 

Seçildiyi illərin sonu sıfırla bitən 2 prezidentdən başqa, qalanlarının hamısı öldürülmüşdü. İlk olaraq, bu sisiləni Uilyam Henri Harrison başlayıb. Belə ki o, andiçmə mərasimindən cəmi bir ay sonra vəfat edib.
 
İkinci lənət - Linkoln Avraam, ilk dəfə 1860-cı ildə prezident seçilib, 1864-cü ildə isə təkrar seçkilərdə qalib gəlib və 1865-ci ildə qətlə yetirilib. 
 
Üçüncü lənət - Ceyms Qarfild 1880-ci ildə prezident seçilib, 1881-ci ildə qətlə yetirilib.
 
Dördüncü lənət - Uilyam Mak-Kinli, yenidən 1900-cı ildə seçilib, 1901-ci ildə qətlə yetirilib.
 
Beşinci lənət - Qardinq Uorren 1920 -cı ildə seçilib, 1923-də dünyasını dəyişib.
 
Altıncı lənət - Franklin Ruzvelt, ilk dəfə 1940 -cı ildə, ikincı müddətə isə 1944-cü ildə seçilib, 1945-də dünyasını dəyişib.
 
Yeddinci lənət - Con Kennedi 1960 -cı ildə seçilib, 1963-cü ildə qətlə yetirilib.
 
Bu qanunauyğunluğu ilk dəfə Ronald Reyqan pozub. 1980-cı ildə prezident postuna gələn Reyqana 1981-ci ildə sui-qəsd təşkil olunub. Lakin cəhd uğursuzluqla nəticələnib. 

Bundan sonra "tilsim" sınıb. Ronald Reyqan səlahiyyət müddətini uğurla başa vuraraq, 1989-ci ildə bu vəzifəni tərk edib.

Milli valyutada əks olunan prezidentlər

Ölkənin ilk prezidenti Corc Vaşinqtonun rəsmi 1 dollarlıq əskinasda, üçüncü prezidenti Tomas Ceffersonun 2 dollar əskinasda, ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnun rəsmi 5 dollar əskinasda, yeddinci ABŞ prezidenti Endryu Ceksonun rəsmi 20 dollarlıq əskinasda, 18-ci prezident Uliss Qrantın rəsmi isə 50 dollarlıq əskinasda əks olunub. Rəsmləri daha böyük əskinaslarda təsvir olunan ABŞ prezidentləri isə bunlardır:
 
ABŞ-ın 25-ci prezidenti Uilyam Mak-Kinli 500 dollarlıq, 22-cü prezidenti Grover Klivlend 1000 dollarlıq, dördüncü ABŞ prezidenti Ceyms Мedison 5000 dollarlıq, prezident Vudro Vilson isə 100 000 dollarlıq əskinasda əbədiləşdirilib. 

Elgün Məmmədli