AzTV-də dövlət vəsaiti mənimsənilir?


AzTV-də dövlət vəsaiti mənimsənilir?

"Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədovun adı dövlət büdcəsindən bu televiziyaya ayrılan vəsaitlərin mənimsənilməsində hallanır.
Yeniavaz.com  xəbər verir ki, bununla bağlı demokrat.az-ın elektron poçtuna sensasiyalı müraciət göndərilib. Müraciətdə iddia olunur ki, Rövşən Məmmədov bir neçə ay bundan əvvəl yeni studiyaların tikilməsi üçün yüz minlərlə dövlət büdcəsindən pul ayırıb: Daha sonra qeyd olunur: "Lakin göstərilən məbləğlər absurd idi. Nə qədər pul yeyintisi oldu, onu bədii rəhbər Ranar Musayev, baş prodüser Nazilə Babayeva və sədr bilir. Nazilı Babayeva vəzifəsindən sui istifadə edərək şirkətə məxsus olan avtomobili mənimsəyib və 7 000 manatdan çox maaş alır. Maaş demişkən, bu gün 3000-dən çox işçinin maaşlarından minimum 100 manat, maksimum 350 manat pul tutublar ki, MTRŞ-ı bizə 8000 manat cərimə tətbiq edib, onu ödəməliyik, büdcədə pul yoxdur. 7000 manat maaş alan N.Babayevanın maaşından isə kəsilməyib. 3000 nəfərin maaşından minimum hesabla 100-150 manatdan kəsiləndə 300 000-450 000 manat pul edir. Bəs bu kəsilən pullar kimin cibinə gedir?! Bayaq qeyd etdiyim studiyalar yenidən söküləcək və yeniləri inşa ediləcək, yenə yeyinti baş verəcək. AzTV-də 1 manata belə ehtiyacı olan işçilər var, bu həqiqətdir. Kasıbın haqqına nə qədər göz dikəcəklər? Kimisi özünə, həyat yoldaşına yeni ev, maşın alacaq, kimisi sevgili saxlayacaq. Bu haqsızlığa nə qədər dözməliyik? Harasa şikayət eden olanda da həmin şəxsi işdən azad edirlər". Adını qeyd etməyən şikayətçi sonda mediaya müraciət edib: "Sizdən bütün köməksiz işçilər adından xahiş edirik ki, bu məsəsləyə biganə yanaşmayın. Hörmətlə maaşı kəsilən işçi".