Mərakeş haqqında bilmədiyiniz məlumatlar - Foto


Mərakeş haqqında bilmədiyiniz məlumatlar - Foto

Bəzi ölkələr var ki, onlar barəsində çox vaxt eşidirik, amma çox məlumatlı olmuruq. Mərakeş Avropadan bir neçə kilometrlik məsafədə yerləşsə də, orda həyat tamam başqa cür yaşanır. Bura təkcə çox dadlı mandarinlərin vətəni deyil, eyni zamanda çoxəsrlik ənənələrin, arxitektura şedevrlərinin və qeyri-adi mənzərələrin də məskənidir.
MediaTime.az Avantagetourisme.az istinadən sizə bu ölkə barədə ilginc məlumatları təqdim edir.
1.Mərakeşdə dünyanın ən qədim universiteti var
Dünyanın ən qədim universiteti 859-cu ildə açılıb. Bu universitetin əsası varlı tacir qızı olan Fatima-əl-Fəxri tərəfindən qoyulub. Avropa ənənələrindən fərqli olaraq, qədim ərəb universitetləri təhsil müəssisəsi adından diplomlar vermirdi. Amma 1947-ci ildə Əl-Karauin universieti sözün həqiqi mənasında universitet kimi fəaliyyət göstərməyə başladı.
2. Afrikada qar var
Qışda Mərakeşdə xizəkdə sürüşmək, qar adamı düzəltmək mümkündür. Atlas dağları arasında Mərakeşdən 75 kilometr aralıda olan komfortlu xizək kurortu Ukaymeden yerləşir. Burada qar dekabrdan aprelin əvvəlinə qədər yağır.
3. Mərakeşdə çox sayda populyar film və seriallar çəkilir
Yerli mənzərələrin gözəlliyi məşhur rejissorların səssiz qalmasına imkan vermədi. 60-cı illərdən başlayaraq, burada hər il yüzlərlə film çəkilib. 1983-cü ildə isə burada dünyanın ən böyük kinostudiyalarından olan “Atlas” yaradılıb. Məhz burada “Qladiator”, “Aleksandr”, «007: Spektr” serialları çəkilib.
4. Burada çörək atmaq yasaqdır
Mərakeşlilər çoxlu çörək yesələr də, bütün ailələrdə ona sayğı ilə yanaşılır. Yeyilməmiş çörəyin artıqları heyvanlara verilir. Əgər evdə heyvan yoxdursa, onu ev təmizləyici vasitələrlə dəyişdirmək mümkündür.
5. Qaynar suyu rakovinə tökmək qadağandır
Bəli, əgər qab yuyursuzsa və ya çaydanın dibində qaynar su qalıbsa, o qaynar suyu heç vaxt rakovinə tökmək olmaz. Bu yasağın mahiyyəti heç də boruların konstruksiyası ilə bağlı deyil. Mərakeşdə inanırlar ki, cinlər su olan yerlərdə gizlənirlər: ictimai hamamlarda, rakovinlərdə və sair. Ona görə də belə daşlaşmış inanc var ki, qaynar suyu həmin yerlərə tökməklə siz cinləri qəzəbləndirirsiz. Ona görə də əgər qaynar su dolu çaydanı rakovinə boşaldırsızsa, mütləq soyuq suyu sonuna qədər açmalısınız.
6. Мərakeş Avropaya göründüyündən daha yaxındır
Mərakeş sahilində dayanmaqla İspaniyada maşınların necə hərəkət etdiyinə baxmaq mümkündür. İki ispan anklavı olan Seuta və Melilya isə krallıq ərazisində yerləşir. Odur ki, Mərakeşi tərk etmədən Avropaya düşmək mümkündür.
7. İndi Mərakeşdə 2967-ci ildir
Ölkə əhalisinin böyük qismini təşkil edən berberlər üçün indi təqdm 2967-ci ili göstərir. Baxmayaraq ki, ölkə rəsmi olaraq bütün planetin qəbul etdiyi təqvimlə yaşayır. Bununla yanaşı, 2011-ci ildə Mərakeşdə berber dili ərəb dili ilə yanaşı dövlət dili statusunu qazanıb.
8. Burada ətdən imtina etmək olmaz
Mərakeşdə ət də çay kimi ev sahibi ilə qonaq arasındakı münasibətlərdə mühüm rol oynayır. Ətdən imtina kobudluq sayılır. Bununla yanaşı, sol əllə yemək düzgün hesab edilmir. Sol əli təmiz saymırlar. Yeməyi ancaq sağ əllə yemək lazımdır, işarət barmağından daha çox istifadə etmək şərti ilə.
9. Ürək əvəzinə qaraciyər
Mərakeşdə sevgi simvolu bizim öyrəşdiyimiz kimi ürək yox, qaraciyər sayılır. Ehtimal edilir ki, sağlam qaraciyər insan sağlamlığı üçün mühüm rol oynayır. “Siz mənim qaraciyrimi fəth etdiniz” ifadəsi sevgi etirafı sayılır.
10. Rolls-Royce maşınlarının salonu üçün istifadə olunan ağaclar ancaq Mərakeşdə yetişir
Qırmızı-qəhvəyi rəngdəki marokko ağacı ancaq Atlas dağlarının ətəyində yetişir. Bu nadir və çox gözəl ağacı ancaq Rolls-Royce, Mercedes, BMW maşınlarının salonlarının hazırlanmasında istifadə edirlər.
11. Mərakeşdə göy rəngə boyanmış şəhər var
Mərakeşdə göy rəngə boyanmış bir şəhər var. Yəhudi əsilli insanlar öz rahatlıqlarını məhz bu şəhərdə tapırlar. Müasir mərakeşlilər şəhərin rənglənməsinə olduqca ciddi yanaşırlar. Onlar hətta səkiləri, hasarları, piştaxtaları da göy rəngə boyayırlar.
12. Evdəki əşyaları tərifləməyin
Əgər sizi Mərakeşdə qonaq çağırıblarsa və evdə hansısa əşya xoşunuza gəlibsə, onu tərifləməkdən özünüzü saxlayın. Əks halda sizdən bu əşyanı özünüzlə aparmağı xahiş edəcəklər. Bu, onların “göz dəymə” qorxusundan yaranıb. Hesab edilir ki, evdə həsəd hissi yaradan əşyalar saxlamaq olmaz.