İlon Mask yeni şəhər salır


İlon Mask yeni şəhər salır

Qısa müddət ərzində dünyanın ən varlı insanları sırasında liderliyi əldən verən"SpaceX" və "Tesla" şirkətlərinin qurucusu İlon Mask Texasda yeni şəhər salır.

MediaTime xəbər verir ki, bu barədə o, tvitter səhifəsində məlumat verib. Mask yeni şəhərin adının Starbeyz olacağını bildirilib.
Mask şəhərdə itlərə çox yaxşı münasibət bəslənəcəyini, hətta şəhər rəhbərinin “Doja” (it) titulunu daşıyacağını qeyd edib.
Xatırladaq ki, ötən ilin sonunda İ.Mask Kaliforniyadan Texasa köçdüyünü açıqlamışdı.


Elton HACIYEV