4 illik sevgi bitdi, ayrıldılar


4 illik sevgi bitdi, ayrıldılar

51 yaşlı dünya ulduzu Cennifer Lopes  45 yaşlı sevgilisi, beysbolçu Aleks Rodriges ayrılıb.

MediaTime xəbər verir ki, dörd ildir birlikdə olan, 2 il əvvəl nişanlanan, iki dəfə toyunu təxirə salan cütlük münasibətlərinə son qoyub.
Onlar ayrılığın səbəbini açıqlamasa da, Aleksin Lopesə xəyanət etdiyi bildirilib Belə ki, idmançı realiti-şou ulduzu Medison LeKroyla gizli eşq yaşayıb. Bunu inkar edən Rodrigesi dostları da müdafiəyə qalxıb. Amma onlar CeyLonu inandıra bilməyiblər.
Hazırda müğənni Dominikanda film çəkilişlərində, Aleks isə Mayamidə yarışlara hazırlaşır. 
Qeyd edək ki, Cenniferin əvvəlki nikahından iki övladı var. Aleks isə iki qız övladına sahibdir.


Elton HACIYEV