Əfsanəvi hind aktyoru vəfat etdi


Əfsanəvi hind aktyoru vəfat etdi

Hind kinosunun əfsanəvi ulduzu Rişi Kapur bu gün vəfat edib.

MediaTime.Az xəbər verir ki, 67 yaşlı məşhur aktyor Mumbaidə uzun müddətdir əziyyət çəkdiyi xərçəng xəstəliyinə görə müalicə aldığı xəstəxanada həyatını itirib.

Qeyd edək ki, sənətçiyə 2018-ci ildə xərçəng diaqnozu qoyulmuşdu.

O, fenomen “Avare” filminin baş qəhrəmanı Rac Kapurun oğludur.