Jirinovski Leninin nəşini yandırmağı təklif etdi


Jirinovski Leninin nəşini yandırmağı təklif etdi

Rusiyanın Liberal Demokrat Partiyasının (LDP) lideri Vladimir Jirinovski SSRİ-nin qurucusu Vladimir Leninin cəsədinin məqbərədən çıxarılıb kremasiya edilməsini təklif edib.

MediaTime.Az-a rus KİV-nə istinadən xəbər verir ki, partiya sədri bu fikri amerikalı rəssam Devid Datunun Lenini qalıqlarını 1 milyon dollara alıb Vaşinqtona köçürməyə hazır olduğunu elan etməsindən sonra səsləndirib.

Jirinovskinin sözlərinə görə, Leninin məzarının hissə-hissə ABŞ-a aparılmasına razı olardı.

Siyasətçi onu da qeyd edib ki, təklif olunan məbləği kifayət qədər böyük hesab edir və təklif sərfəlidir.