“Yeralaş”ın bədii rəhbəri vəfat etdi


“Yeralaş”ın bədii rəhbəri vəfat etdi

Rusiyanın “Yeralaş” uşaq satirik kinojurnalının bədii rəhbəri Boris Qraçovski 72 yaşında koronavirusdan vəfat edib.

MediaTime xəbər verir ki, bu barədə onun həyat yoldaşı Yekaterina Belotserkovskaya məlumat verib.
O bildirib ki, əri ötən ilin son günlərində koronovirus diaqnozuyla ağır vəziyyətdə Moskvada xəstəxanaya yerləşdirilmişdi.

Qeyd edək ki, kinojurnalın bədii rəhbəri Boris Qraçevski Bakıda “Yeralaş”ın filialını açmağı planlaşdırırdı.

O, rejissor, ssenarist kimi də məşhur idi. Boris "Çardaq", "Notlar arasında, yaxud Tantrik simfoniyası" filmlərinin müəllifi idi.


   Elton Hacıyev