O da “Mucize doktor”dan getdi


O da “Mucize doktor”dan

Türkiyədə yayımlanan "Mucize doktor" serialında aktyor ayrılığı yaşanıb.

MediaTime  türk mətbuatına istinadən xəbər verir ki, aktyor Korhan Herduran layihədən ayrılıb. O, serialda Güneş obrazına həyat verirdi.

Korhan sonuncu dəfə 45-ci bölümdə çəkilib və ekran işindən ayrılıb.

Qeyd edək ki, "Mucize doktor"un əsas rollarında  Onur Tuna, Sinem Ünsal, Hazal Türesan və Reha Özcan kimi aktyorlar çəkiliblər.

Ekran işində autizm xəstəsi olan gənc həkimin karyerası uğrunda apardığı mübarizəsindən bəhs edilir.


Elton Hacıyev