Neslihan “Sefirin kızı”ndan getdi


Neslihan “Sefirin kızı”ndan getdi

“Sefirin kızı” serialında baş rolu canlandıran Neslihan Atagül ekran işindən ayrılıb.

MediaTime xəbər verir ki, buna səbəb onun sızan bağırsaq sindromundan əziyyət çəkməsidir.

Aktrisa səhhətindəki problemə görə Nare obrazı ilə vidalaşıb. O bu barədə İnstaqram hesabında yazıb:

"Obrazını canlandırarkən hüceyrələrimə qədər hiss etdiyim "Nare" ilə vidalaşıram. Mən tolerantlıq göstərsəm də, vücudum mənə o tolerantlığı göstərmədi. Bir az istirahət etməyə ehtiyacım var. Tezliklə yeni hekayələrdə görüşərik".

Qeyd edək ki, aktrisa səhhətində yaşadığı problemə görə günbəgün çəki itirir.


Elton Hacıyev