SSRİ Xalq artisti koronavirusdan vəfat etdi


SSRİ Xalq artisti koronavirusdan

SSRİ Xalq artisti Vasili Lanovoy 88 yaşında dünyasını dəyişib.

MediaTime “TASS” agentliyinə istinadən xəbər verir ki, mərhumun vəfatı ilə bağlı Moskva meri Sergey Sobyanin şəxsi İnstaqram hesabında paylaşım edib.
“Kədərli xəbər gəldi. Böyük sənətkar, xalqın sevimli aktyoru Vasili Semenoviç Lanovoy vəfat edib” deyə, o, paylaşımına yazıb.
V.Lanovoy yanvarın 2-də koronavirus diaqnozu ilə xəstəxanaya aparılıb. 28-i gecəsi isə halı qəfildən pisləşib və reanimasiya şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, aktyor 1934-cü ildə yanvarın 16-da Moskvada dünyaya gəlib. Karyerası boyunca "Алые паруса", "Война и мир", "Офицеры", "Анна и Командор" kimi ekran işlərində yadda qalan obrazlar yaradıb.


Elton Hacıyev