Hande Demetin təklifini rədd edib


Hande  Demetin təklifini

Türkiyəli müğənni Hande Yener alış-veriş mərkəzində görüntülənib.

MediaTime xəbər verir ki, mûxbirlər papağı və maskası ilə sənətçini tanımaqda çətinlik çəkiblər.
O, jurnalistlərin "Arıqlamısınız" sözlərinə "Koronavirus mənim xeyrimə oldu, evdə yoqa ilə məşğul oluram" deyə, cavab verib.
H.Yener diş ağrısı səbəbi ilə xəstəxanalıq olduğunu da deyib:
"Güclü ağrılarım var idi. Dişlərimə bahalı əməliyyat etdirdim".
Hande Yener pandemiya səbəbi ilə həmkarı Demet Akalının verilişinə getməkdən də imtina etdiyini açıqlayıb.

Elton HACIYEV