O da "Ramo"da olacaq


O da "Ramo"da olacaq

Baş rollarında Esra Bilgiç və Murad Yıldırımın çəkildiyi "Ramo" serialına yeni aktrisa daxil olacaq.

MediaTime xəbər verir ki, ekran işində Sitarə Akbaş da rol alacaq. Aktrisanın hansı obrazı canlandıracağı isə hələ ki, bəlli deyil.
Qeyd edək ki, S.Akbaş sonuncu dəfə “Sen çal kapımı” serialında rol alıb.