Ana 4 yaşlı qızından can qurtarmaq üçün küçədə qoyub getdi - BAKIDA


Ana 4 yaşlı qızından can qurtarmaq üçün küçədə qoyub getdi

Bakıda küçədə azyaşlı uşaq tapılıb.

MediaTime xəbər verir ki, bu barədə Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında paylaşım edib.
 
O bildirib ki, Xətai rayonunda polis əməkdaşları təxminən dörd yaşlı qız aşkarlayıb:
“Uşaq sığınacağımıza gətirib. O, polislərə adının Nərgiz olduğunu deyib. Bildirib ki, onu anası küçədə qoyub və maşına minərək gedib”.  


Elton HACIYEV