Arzu Bağırova “Gənclərin Dostu” Milli Mükafatına layiq görüldü


Arzu Bağırova “Gənclərin Dostu” Milli Mükafatına layiq görüldü

“Azərbaycan Gənclər Mərkəzi” tərəfindən təsis edilən “Gənclərin Dostu” Milli Mükafatının təqdimat mərasimi keçirilib.

MediaTime -ın məlumatına görə, “Regional hüquqi və iqtisadi maarifləndirmə” ictimai birliyinin sədri Arzu Bağırova da “Gənclərin Dostu” Milli Mükafatı ilə təltif edilənlər sırasında yer alıb.
“Gənclərin Dostu” Milli Mükafatı Milli Məclisin deputatları, iş adamları, jurnalistlər və bir çox tanınmış ziyalılara təqdim edilib.
“Gündəm Media Group”un rəhbəri Təbriz Məhərrəmoğlu və kollektivimiz adından Arzu xanımı bu münasibətilə təbrik edir, ona uzun və sağlam ömür, fəaliyyətində uğurlar arzulayırıq!


Elton HACIYEV