Nəciməddin Sadıqov görüntülərini yayan şəxsi axtarır -ÇOX QƏZƏBLƏNİB


Nəciməddin Sadıqov görüntülərini yayan şəxsi axtarır

Xəbər verdiyimiz kimi Silahlı Qüvvələrin Baş Qərargahının sabiq rəisi, general-polkovnik Nəcməddin Sadıqovun Dubayda istirahət etdiyi görüntüsü yayılıb.

MediaTime -ın məlumata görə, hazırda N. Sadıqov həmin görüntüləri çəkən şəxsi axtarır.

Belə ki, Nəciməddin Sadıqov görüntülərin yayılmasından çox qəzəblənib. Hətta, şəxsi mühafizəsindən bir neçə şəxsi də işdən azad edib.

Qeyd edək ki, general-polkovnik N.Sadıqov 2020-ci ildə müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə 44 günlük müharibənin davam etdiyi vaxt vəzifəsindən azad olunaraq ehtiyata buraxılmışdı.

Elton HACIYEV