Məzahir Pənahov deputatlara vəsiqələrini təqdim edəcək


Məzahir Pənahov deputatlara vəsiqələrini təqdim edəcək

Milli Məclisin yaz sessiyasının ikinci plenar iclası martın 13-də keçiriləcək.

“MediaTime” xəbər verir ki, iclasın gündəliyi üzərində hələ dəqiqləşmələr aparılır. Bundan əlavə, həmin iclasda deputatlara vəsiqələri də təqdim ediləcək. Vəsiqələri deputatlara MSK sədri Məzahir Pənahov təqdim edəcək.
Xatırladaq ki, növbəti iclasın martın 17-də keçirilməsi planlaşdırılmışdı.