Sərxan və Toliki “bağlayan” Mətanət


Sərxan və Toliki “bağlayan” Mətanət

“Verilişin bağlanmasını istəyirsinizsə, Mətanət Əsədovanı çağırın” - Bu da şou-biznesdə yaranan yeni tendensiya...

Görmüşük ki, bağlanış mərasimi edən sənətçilər ən hörmətli sayılırlar... 

Yadınızdadır, 2018-ci ildə Lider Tv-də cəmi bir neçə gün yayımlanan “Xoş gəldin” proqramı qalmaqallı şəkildə bağlanmışdır?! Aparıcısı Sərxan Kərəmoğlu idi ki, mövzusu Mətanət Əsədova oldu. Aparıcı canlı efirdə Mətanəti tənqid etmişdir. Xanım Əsədovanın cavabı verilişin bağlanmasına səbəb olmuşdu. Belə ki, Mətanət Əsədova Sərxan Kərəmoğluna elə ötən həftə bağlanmasına səbəb olan Tolikin “Hər şey daxil”ində  cavab vermişdi. 
  
Hadisədən iki il keçdi. Mətanət Əsədovanın “Hər şey daxil”ə budəfəki gəlişi bütün daxili problemləri də həll etdi. Elza Seyidcahana “mədəniyyət dərsi” keçən Əsədova bu verilişin də bağlanmasına səbəb oldu. Sərxandan sonra Tolik də onun qeyri - etik davranışının qurbanına çevrildi. 
Sərxan və Tolik- bu insanların verilişinin bağlanmasına səbəb məhz Mətanət Əsədova oldu. Bu qadının kim olduğunu təsəvvür etdiniz?
Bütün bu hadisələrin fonunda ən böyük sual işarəm bilirsiniz nədir? “Mədəniyyətin olsun”, “Ayıbdır”, “Böyük-kiçik yeri bilin” deyən Mətanət Əsədova amma bu terminlərin heç birinə əməl etməyən də məhz odur. 

Görünən dağa nə bələdçi, Mətanətin gözəl səsi, sənəti var. İfası könül oxşayır. Özü də xoş xanımdır. Amma di gəl ki, danışıq, yanaşma, davranış... Bir insan yalnız Mətanət Əsədova qədər özü-özünü təzkib edər.

 İnciməyin bizdən ay Mətanət xanım, məqsədimiz Sizi heç tənqid etmək də deyil.  İstəyimiz “ayağı ağırdır” damğasının artıq sizə yapışdığını göstərməkdir. 
 
“Mən bu cür oxuyuram, necə pis xasiyyətim ola bilər?” deyirsiniz, amma bu aqresiya ilə görün neçənci insana pislik etmiş oldunuz. 
 
Siz bu yazını da oxuyub, qəzəblənəcəksiniz, amma bəxtim gətirib, mənim bağlanası verilişim yoxdur :)

MediaTime.Az