“Azpetrol” şirkəti ad günü münasibəti ilə Umummilli lider Heydər Əliyevin məzarını ziyarət edib


“Azpetrol” şirkəti ad günü münasibəti ilə Umummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

“Azpetrol” özünün 24-cü ili münasibəti ilə şirkətinin rəhbərliyi və mərkəzi ofisinin işçiləri Ulu öndər Heydər Əliyevin Fəxri Xiyabanda yerləşən qəbrüstü abidəsini ziyarət etmiş, məzarə önünə əklil qoymuşlar.

MediaTime
xəbər verir ki, “Azpetrol” şirkəti 1997-ci il iyulun 15-də Bakının Tbilisi prospektində özünün ilk yanacaqdoldurma məntəqəsinin (YDM) açılışı ilə fəaliyyətə başlayıb.
Şirkətin əsas fəaliyyəti Azərbaycanda avtomobil yanacağının pərakəndə və topdan satışının təşkilindən ibarətdir.
Hazırda Şirkətin Azərbaycanın əksər iqtisadi zonalarını əhatə etmək və müasir avadanlıqlarla təchiz olunmuş 89 yanacaqdoldurma (benzin və dizel), 5 maye qazdoldurma (Propan-Butan), 4 STQ tipli (CNG) qazdoldurma (Sıxılmış təbii qaz), 17 elektromobillərin enerji ilə doldurulma məntəqəsi və 1 STQ tipli (CNG) terminalı fəaliyyət göstərir.
Azpetrol - Daim inkişafa doğru!

Elton HACIYEV