Milli Məclis başladı - Yenilənir


Milli Məclis başladı

Milli Məclisin yaz sessiyasının ikinci plenar iclası öz işinə başlayıb.

“MediaTime” xəbər verir ki, gündəliyin müzakirəsinə başlamadan əvvəl MSK sədri Məzahir Pənahov deputatlara vəsiqələrini təqdim edir.
MSK sədri bildirib ki, parlament seçkiləri lazımi səviyyədə həyata keçirilib: “Proseslər tamamilə başa çatıb. Sizə uğurlar arzulayırıq. Vəsiqələri sizə təqdim edirik”.
Qeyd edək ki, iclasda 116 deputat iştirak edir.