"Sevinirəm ki, boynumda qızıl medal var" - Elşad Hacıyev


"Sevinirəm ki, boynumda qızıl medal var" -

Qəbələdə keçirilən grappling üzrə Avropa Kubokunda təmsil edən idmançımız Elşad Hacıyev növbəti medalı qazandırıb.

MediaTime xəbər verir ki, 75 kq çəki dərəcəsində mübarizə aparan idmançımız yarımfinaladək inamla finala vəsiqə qazana bilib və turniri qızıl medalla qalibi olub.
E.Hacıyev bu medalı əldə edənədək xeyli əziyyət çəkdiklərini vurğulayıb: "Çox istəkli idim, gecə-gündüz qızıl medal üçün çalışırdım. Qrupum da çox çətin idi. Çox güclü idmançılarla eyni qrupa düşmüşdüm. Lakin ümidimi itirməyərək, məqsədimə doğru inamlı addımlarla getdim. Sevinirəm ki, artıq boynumda qızıl medal var, himnimizi səsləndirmişik. Bu qızıl medal ölkəmizi bir addım da olsa, irəli aparır".