Ronaldo otellərini xəstəxanalara çevirir - Koronavirusa görə


Ronaldo otellərini xəstəxanalara çevirir

"Yuventus"un ulduz oyunçusu, əfsanəvi futbolçusu Kriştiano Ronaldo vətəni Portuqaliyada ona məxsus otelləri xəstəxanaya çevirir.  MediaTime.Az  “Marca” nəşrinə istinadən xəbər verir ki,  o, bu təqdirəlaiq addımı koronavirusla mübarizə aparmaq üçün  atır. Sözügedən xəstəxanalardan pulsuz istifadə etmək mümkün olacaq. Futbolçu orada işləyəcək həkim və işçilərin maaşını da özü verəcək.

Qeyd edək ki, “Yuventus”lu Daniele Ruqanidə koronavirus aşkar edildikdən sonra Ronaldo Portuqaliyada karantindədir.