Koronovirus turizm sektoruna bir başa təsiri


Koronovirus turizm sektoruna bir başa təsiri

"Virus səbəbindən baş verən itkiləri azaltmaq üçün dövlət dəstəyinə və yeni təşəbbüslərə ehtiyac var" 

Bu sözləri "MediaTime"Az-a "Avantage Group"-un rəhbəri Orxan Məmmədli deyib. O, bu gün dünya gündəmini zəbt edən Koronavirusıa turizm sahəsinin əlaqəsindən danışıb: "Koronavirus bütün ölkələrin turizminə birbaşa təsirini göstərməkdədir. Bu aylar ərzində Azərbaycana İrandan gələn turistlər  sayı 40-60 min arasında müşahidə olunurdu. Sərhədlərin karantinə görə bağlanması səbəbilə bunu müşahidə etməyimiz imkansız görünür. Digər ölkələrin turistləri də səyahətdən qorxurlar. Bundan əlavə, Azərbaycan koronavirusun müşahidə olunan pik ocağının yanında yerləşir".

Şirkət rəhbəri qeyd edir ki, mart-aprel ayı turizm sənayesi üçün böyük itki olacağı istisna deyil: "Bu ziyan yay aylarına qədər ödənilməsə, bölgə üçün ağır itki olacaq.  

Düşünürəm ki, dövlət yardımı, subsidiya proqramları, yeni təşəbbüslər olmalıdır. Bəzi kiçik turizm şirkətlərinin bu aylar ərzində fəaliyyətlərini dayandıra biləcəyi təhlükəsi görünür.

Azərbaycanda hər turist təxminən 1000 dollar xərcləyir. Bu aylarda ən azı 40 min turistin gəlməli olduğunu düşünsək   və onların gəlməməli bizim büdcəmizə necə bir itki olduğunu siz  qiymətləndirin.

Hal-hazırda İranla yerüstü eləcədə havanəqliyyatının olmaması səbəbindən turizm bazarını maksimal qorumağa çalışmalıyıq. Bu səbəbdən şirkətlərə dövlət dəstəyi və uçuşlarımızı yeni bazarlara qədər uzatmalıyıq".