Türkiyədə 18 nəfər koronavirusa yoluxub


Türkiyədə 18 nəfər koronavirusa yoluxub

Türkiyədə koronavirusa yoluxanların sayı 18-ə çatıb.

“MediaTime” xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca öz tvitter hesabında məlumat yayıb.
“Açıqladığımız ilk yoluxma faktının karantində olan qohumlarından daha iki nəfərə virus diaqnozu qoyulub. Avropa ölkələrindən gəlmiş 7, ABŞ-dan gəlmiş 3 nəfərdə COVID-19-a yoluxma halı qeydə alınıb. Vəziyyət üzücüdür, amma aşkar edilmiş hər bir hal hamımız üçün təhlükəsizlik yaradır. İndiyə qədər virusa yoluxma sayı 18-dir”, - deyə nazir bildirib.

MediaTime