News24.az xəbər saytının 4 yaşı tamam oldu!


News24.az xəbər saytının 4 yaşı tamam oldu!

Bu gün News24.az xəbər portalının 4 yaşı tamam olur.

Sayt 2018-ci il iyulunun 1-dən fəaliyyətə başlayıb və qısa müddət ərzində geniş oxucu kütləsi toplayıb.

News24.az bütün sutka ərzində, günün 24 saatı işləyir.

Ölkədə və dünyada baş verən ən mühüm hadisələri işıqlandıran News24.az portalı geniş oxucu auditoriyasına malikdir. 

Saytda aktual xəbərlərlə yanaşı, mədəniyyət, müsahibə, kriminal, foto və video reportajlar da dərc olunur. 
Dəqiq müəyyənləşdirilmiş informasiya siyasəti və sosial şəbəkələrdəki fəal iş sayəsində News24.az Azərbaycanın media məkanında özünün layiqli yerini tutub. 

Biz də MediaTime.az saytı olaraq həmkarlarımızı ürəkdən təbrik edir, onlara bol-bol uğur arzulayırıq.