Bayram Nurlu MTRŞ-nin sədrinə müraciət etdi: "Kim durub ki, bu Zaurun dalında?"


Bayram Nurlu MTRŞ-nin sədrinə müraciət etdi:

“Hörmətli Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədri, İsmət Səttarov, inanıram ki, son vaxtlar Zaur Kamalın etdiklərindən sizin də xəbəriniz var”.

MediaTime xəbər verir ki, bu sözləri instaqram fenomeni Bayram Nurlu sosial şəbəkədə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri İsmət Səttarova müraciət edərək yazıb.  Bu müraciət aparıcı Zaur Kamalın Cənubi Azərbaycandan olan müğənni Afşin Azəri efirdən qovmasından sonra başlayıb. O, bu məsələ ilə bağlı ciddi tədbir görülməsini istəyib: 

“Zaur Kamal nə vaxtdan efirdə ürəyi istədiyini çıxaran və ya gətirən olub?! Ola bilər ki, sənətçinin də səhvi olub. Ancaq bunu həll etmək üçün Zaur Kamal kulisdə sənətçinin efirə çıxmamasını istəyə bilərdi. Əks halda susub, iki dəqiqə sonra efirdən qonağı qovmaq düzgün deyil. Onun da sevənləri, ailəsi, övladları baxır. Bir gün sonra çıxıb, səhvini etiraf etmək yerinə deyir uzaqdan qüsursuz, yaxından lazımsız insanlar gördüm. Çox gülməlidir, insanın səhvini başa düşüb, üzrxahlıq etməsi başa düşülərdi. Kim durub ki, bu Zaurun dalında? Artıq istədiyini edir. TV rəhbəri olsa, nə edərdi?! Mən onun necə insan olduğunu bilirəm, çox dəyişib. Məncə, sizin də vaxtikən rəhbərlik etdiyiniz və gözəl işlər gördüyünüz bir kanalda olan bu görüntü sizi də üzər. Həmçinin iranlı yox, orada yaşan azərbaycanlı bir sənətçinin minlərlə sevənini də. Bu işlər o qədərmi asandır ki, efirdəm istədiyini qovsun? Çıxıb, bir səhvini etriaf edib, üzürxahlıq etməkdənsə, “mən-mən” deyir. Məncə, MTRŞ bununla bağlı tədbir görəcək. Mənə bəzən deyirlər ki, bu qədər niyə dərinə gedirsən? Həssas və düz insanam və bayaq oxudum ki, Milli Məclisin Deputatı Tahir Kərimli də bu mövzüda biganə qala bilməyib".
 
Qeyd edək ki, Z. Kamal ötən gün verilişinə qonaq olan Cənubi azərbaycanlı müğənni Afşin Azərini efirdən qovub. Onun bu addımı sosial şəbəkələrdə tənqid olunub.