Bütün deputatların veb-səhifələri yaradılacaq


Bütün deputatların veb-səhifələri yaradılacaq

Milli Məclisin saytı yenilənəcək.

MediaTime.Az-ın məlumatına görə, bu barədə parlamentin Elm və təhsil komitəsinin iclasında komitə sədri Bəxtiyar Əliyev bildirib.
O deyib ki, parlamentin hər bir komitəsinin ayrıca saytı olacaq. Bəxtiyar Əliyev onu da əlavə edib ki, hər bir deputatın veb-səhifəsi yaradılacaq. 
“Bu veb-səhifələr vasitəsilə deputatlarla əlaqə qurulacaq, müzakirələr aparılacaq”, - deyə komitə sədri əlavə edib

MediaTime