Nigar İbrahimova "İlin İşgüzar Xanımı" oldu


Nigar İbrahimova "İlin İşgüzar Xanımı" oldu

Tanınmış stilist-vizajist Nigar İbrahimova ötən gün ölkəmizdə keçirilən ödül gecələrinin birində iştirak edib.

MediaTime xəbər verir ki, "AVAND PRODUCTION" tərəfindən təşkil edilmiş "Caspian Awards 2022" təqdimetmə mərasimində Nigar işgüzar xanım olaraq mükafatçılar sırasında olub.

Mükafatlandırma gecəsinin aparıcı postu Saleh Bağırova həvalə olunub .

Qeyd edək ki, Nigar İbrahimova “İN Studio” gözəllik mərkəzinin rəhbəridir.