Ruhi Əliyevanın əkizləri 10 yaşında!


Ruhi Əliyevanın əkizləri 10 yaşında!

“Liatris Holdinq”in rəhbəri Ruhi Əliyevanın əkiz oğulları Həsən və Muhammedin 10 yaşı tamam olur!

MediaTime xəbər verir ki, bu münasibətlə iş xanımı övladlarına Bodrumdakı evində sürpriz edib.

Həmin anları instaqramda paylaşan R. Əliyeva bu sözləri yazıb:

“Məgər sizsiz yarımmışam, siz gəldiniz tamamlandım, böyüdüm, dünyaya sizin gözünüzdən baxaraq ən xoşbəxt qadın oldum…Və bu gün mənim ən böyük minnətdarlığım, sonsuz şükürlərim Allahadır ki, sizi mənim həyatıma pay verdi. Mənə səbri, daha gözəl sevməyi, daha mərhəmətli olmağı öyrətdiyinizə görə, həyatıma gəlib də rəng qatdığınıza görə Rəbbimə hər zaman minnətdar olacam…

Mənə bu dünyada cənnəti yaşadan Muhammedim və Hasanım, 10 yaşınız mübarək. Gülüşünüz ən böyük sərvətimdir. Siz və sizin timsalınızda bütün balalar hər zaman xoşbəxt olsun. Yaxşı ki, varımsınız, can parçalarım”.

Qeyd edək ki, bu gün əkizlərin ad günü keçiriləcək. Bununla bağlı R. Əliyeva instaqramda məlumat verib.