Ruhi Əliyeva daha bir mükafata layiq görüldü


Ruhi Əliyeva daha bir mükafata layiq görüldü

"Gold faces of Azerbaijan 2022”nin bu dəfəki sahibləri ödülləndirilib.

MediaTime
xəbər verir ki, ictimai, siyasi və mədəniyyət sahələrində uğurlara imza atan tanınmış şəxslər, iş adamları, sənət nümayəndələri fərqləndirilərək mükafata layiq görülüblər.
Onlar arasında iş xanımı, “Liatris Holding”in rəhbəri Ruhi Əliyeva, millət vəkili Jalə Əhmədova, Xalq artistləri Mələkxanım Əyyubova, Nazpəri Dostəliyeva, Məleykə Əsədova, Sabir Məmmədov, Əməkdar artistlər Gülüstan Əliyeva da olub.

Mükafata layiq görülən iş xanımı Ruhi Əliyeva fəaliyyətinə verilən dəyərə görə təşəkkür edib:

“İctimai fəaliyyətim bağlı heç zaman heç kimdən təşəkkür gözləməmişəm. Nə eləmişəmsə, içdən, könüldən eləmişəm. Məqsədim insanlara yaxın olmaq, dərd-sərinə əlac olmaqdır. Amma əməyimə dəyər verilməsi, gördüyüm işlərimə sayğı hər zaman mənə böyük motivasiya verib. Bu mənada məni bu ödülə layiq görənlərə təşəkkür edirəm”.

Foto: News24.az