“O, heç ölümdən danışmırdı...” - Brilliant Dadaşova


“O, heç ölümdən danışmırdı...” - Brilliant Dadaşova

“Ağır itkidir. O, heç ölümdən danışmırdı...”

Bu sözləri Xalq artisti Brilliant Dadaşova mərhum qohumu Rafael Dadaşovun yas mərasimində deyib. 

“Biz onun sağalacağına inanırdıq. Allah rəhmət eləsin”, - deyə xanım sənətçi qısa açıqlama verib. 

Qeyd edək ki, Rafael Dadaşov B. Dadaşovanın əmisi oğlu və bacısının keçmiş həyat yoldaşı idi. 

Foto: Qafqazinfo.Az