MediaTime xəbər verir ki, “Arpaçay” İdman Birliyinin təşkilatçılığı ilə təşkil edilən festivalda 14 idman növü üzrə federasiyalar, ictimai birlik və klubların üzvləri iştirak edib.
Yarışda sumqayıtlı idmançısı Hacıyev Elşad Suliddin oğlu (77 kiloqram) ikinci və onun tələbəsi Salahov Nəsib Vaqif oğlu (25 kiloqram) üçüncü yerlərə sahib olublar.
Qeyd edək ki, yarışda ümumilikdə iki minə yaxın 18 yaşa qədər yeniyetmə və gəncin iştirakı planlaşdırılmışdı.



